“Zəfər yolu - 44” devizi ilə intellektual yarış keçirilib

Şərur şəhər 2 nömrəli tam orta məktəbdə Şərur Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında “Nə? Harada? Nə zaman?” İntellektul Oyunu keçirilib. Oyunda II Qarabağ müharibəsi ilə bağlı tərtib olunan 24 sual səsləndirilib. Yekun nəticələrə əsasən Kürçülü kənd tam orta məktəbin “Zəfər” komandası birinci yerə layiq görülüb, Kürkənd tam orta məktəbin “Mübariz” komandası ikinci, Çomaxtur kənd tam orta məktəbin “Xarı bülbül” komandası üçüncü yerdə qərarlaşıb. Qalib komandalara təşkilatçıların diplom və hədiyyələri təqdim olunub. Keçirilən oyunda 8 komanda olmaqla 40 məktəbli iştirak edib.
 
 
 
 
 
 
 
 
15