Naxçıvan Muxtar Respublika Stadionu

Naxçıvan Muxtar Respublika Stadionu 18 may 1967-ci ildə istifadəyə verilmişdir. Burada karate-do, bədii gimnastika, futbol üzrə bölmələr fəaliyyət göstərir. Stadionda ölkə kuboku, ölkə superkuboku, Premyer Liqa və I Divizion oyunları, “Heydər Əliyev Kuboku” uğrunda turnirlər, ölkə və beynəlxalq səviyyəli yarışlar və tanınmış incəsənət xadimlərinin konsertləri keçirilib. “Araz – Naxçıvan” PFK ev oyunlarını məhz mərkəzi arenada keçirir. Naxçıvan Muxtar Respublika Ümumi sahəsi 16778 m2 olan stadionun eni 68 metr, uzunluğu 108 metrdir. 12800 nəfərlik tamaşaçı tutumuna malikdir.  İnzibati binada 13 xidməti otaq, idman zalı, bufet, o cümlədən hər birində 8 duş kabinəsi olan 2 soyunub-geyinmə otağı var. Stadionda 2000, 2013 və 2022-ci illərdə yenidənqurma və təmir işləri aparılıb.