İlham Əliyev adına Olimpiya İdman Kompleksi

Naxçıvan şəhərində yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksi 15 iyun 2002-ci ildə istifadəyə verilmişdir. Kompleksdə karate-do, güləş, kikboksinq, ağırlıqqaldırma, basketbol, voleybol, qol-bol, MMA, stolüstü tennis üzrə bölmələr fəaliyyət göstərir. Burada dünya, Avropa, bir sıra beynəlxalq və ölkə miqyaslı turnir və çempionatlar, eləcə də muxtar respublika daxili birincilikləri keçirilmişdir. Ümumi ərazisi 4600 m2 olan kompleks 2 böyük zaldan ibarətdir. Zalların hər birinin ölçüsü 40x24 metr, tamaşaçı tutumu isə 378 yerlikdir. İdmançılar üçün 4 duş kabinəsi, 4 məşqçi otağı və soyunub-geyinmə otağı və istirahət üçün kafeteri var.  

Kompleksinin Üzgüçülük Mərkəzi də mövcuddur. Mərkəz 2004-cü ilin 2 sentyabrında istifadəyə verilib. Mərkəzin binasında üzgüçülük, stolüstü tennis yarışları, gənclərin fərdi inkişafı ilə bağlı müxtəlif təlimlər keçirilir. Mərkəzdə 9240 m2 sahə,  böyük yarış zalı (600 m2), 5 duş kabinəsi, soyunub-geyinmə otağı, hakim və şərhçi kabinələri, 2 yarış otağı, hər üç kafe, 43 yataq otağı var.