Şərur Olimpiya İdman Kompleksi - 3 avqust 2009-cu ildə istifadəyə verilmişdir. Burada bir sıra beynəlxalq və ölkə miqyaslı turnirlər, çempionatlar, muxtar respublika, eləcə də rayon daxili birinciliklər keçirilmişdir. Kompleksdə futbol və üzgüçülük üzrə bölmələr fəaliyyət göstərir. 9 hektarlıq ərazidə yerləşən kompleks Üzgüçülük Mərkəzi, ikimərtəbəli böyük idman zalı, 2400 nəfərlik tamaşaçı tutumuna malik süni örtüklü futbol meydançası, voleybol, basketbol və minifutbol meydançaları, tennis kortu və 60 nəfərin qonaqlana biləcəyi üçmərtəbəli mehmanxanadan ibarətdir.