Şahmat Mərkəzi

İnşasına 2007-ci ilin sentyabrında başlanılan mərkəz 2009-cu ilin 3 avqustunda istifadəyə verilib. Tikintinin ümumi ərazisi 1,2 hektar, binanın sahəsi isə 4254 kvadratmetrə bərabərdir. Ən müasir avadanlıqla təchiz edilmiş mərkəzdə 192 və 54 tamaşaçı yeri olan iki beynəlxalq yarış salonu, 6 sinif otağı və kompüter otağı vardır. Böyük yarış salonundakı 65 şahmat masasından 12-si internetə qoşulmuşdur. Həmin masalarda aparılan şahmat oyunlarını onlayn şəkildə izləmək mümkündür. Bundan əlavə, salonda quraşdırılan monitorlar vasitəsilə yarışların videoyazısını da izləmək olar. Kiçik yarış salonunda isə 25 masa vardır.